14 ildən sonra bir arada - FOTO
Türkiyəli məşhur aktyorlar Belçim Bilgin və Mehmet Günsür uzun fasilədən sonra bir araya gəliblər. Cütlük "Annem Ankara" serialında rol almaq üçün yenidən birləşib. Onlar əvvəllər 2011-ci ildə "Aşk Tesadüfleri Sever" filmində baş rolları paylaşmışdılar. Yeni serialın baş rollarında Bergüzar Korel və Mehmet Günsür yer alır, Belçim Bilgin isə "Sevinç" obrazı ilə seriala daxil olub.
