"Ər mənim, kef mənim!"
Müğənni Afət Fərmanqızı sosial mediada paylaşımı ilə yenidən gündəmə gəlib. O, klipində həyat yoldaşının iştirak etməsi ilə bağlı tənqidlərə sərt cavab verib. İfaçı həmkarını da ağır sözlərlə ittiham edərək, başqasının ailəsini dağıtmağı ayıb adlandırıb.

Müğənni Afət Fərmanqızı son paylaşımı ilə sosial mediada müzakirələrə səbəb olub. O, instaqram hesabında onu tənqid edən izləyicilərə sərt reaksiya verib və həmkarını da ağır sözlərlə tənqid edib.
Afət Fərmanqızı bildirib ki, son klipində üzük taxma səhnəsində aktyor tapmadıqları üçün həyat yoldaşından xahiş edib. O, bu qərarına görə sosial mediada tənqid olunub:
"İki gün öncə klip çəkilişində rejissor bildirdi ki, ssenariyə uyğun olaraq burada üzük taxmaq məqamı olmalıdır. Biz oradan-buradan aktyor tapmayaq deyə, yoldaşımdan xahiş etdim. O da çox etiraz etdi. Amma başa saldım ki, siman görünməyəcək. Onsuz da səni hamı görüb, tanıyır. Çətinliklə də olsa, razılaşdırdıq. Klip yayımlanarkən izləyicilər başa düşüb ki, bu, mənim həyat yoldaşımdır. Altda yazırlar ki, bunlar bir-birinə nələr dedi, kişi onu necə qəbul edir? Ay qız, siz ərinizin başında qoz qırırsınız. Hələ mən qoz qırmamışam. Kimin evində dava olmayıb? Sevəndə, öpəndə yaxşıdır, ağzıma gələni deyəndə pis? Ər mənim, kef mənim. Sevərəm də, söyərəm də".
Müğənni həmkarını da sərt tənqid edərək, başqasının ailəsini dağıtmağı ayıb adlandırıb:
"Əgər belə obyektivsinizsə, o zaman sizinlə razı olaram ki, başqasının ərindən iki bic doğan, keçmişdə itə oxşayan küçə adamı bu gün o adamın pulu ilə özünü düzəldib yığdıran, nə əxlaqda, nə gözəllikdə kişinin arvadının əlinə su tökməyə belə yaramayana yazın. Yazın ki, başqasının ailəsini dağıtmaq ayıb deyilmi? Ona yazsanız, mən də durub deyərəm ki, bunlar haqlı yazır".
Afət Fərmanqızının bu açıqlaması izləyicilər arasında birmənalı qarşılanmayıb. Onun sərt sözləri sosial mediada müxtəlif reaksiyalara səbəb olub.