İzzət Bağırov boşanmaların səbəblərindən danışdı

Müğənni İzzət Bağırov son vaxtlar boşanmaların artması mövzusunda fikirlərini bölüşüb. O, ailədə hörmətin vacib olduğunu vurğulayaraq, kişilərin məsuliyyət daşımasının və ailəyə diqqət yetirməsinin önəmini qeyd edib. Bağırov bəzi qadınların nişanlı olduqları dövrdə qarşı tərəfin pis vərdişlərini görmədiklərini iddia etməsini tənqid edib.

İzzət Bağırov boşanmaların səbəblərindən danışdı
İzzət Bağırov
reklam

Müğənni İzzət Bağırov son zamanlar artan boşanmalarla bağlı fikirlərini bölüşüb. Milli.Az xəbər verir ki, sənətçi bu mövzuda "Künc-bucaq" layihəsində danışıb.

Bağırov ailədə sayqının vacib olduğunu vurğulayıb:
"Kişinin evdə sambalı və sözünün kəsəri olmalıdır. Evə girəndə uşaq bilməlidir ki, ata gəlib. Kişi çalışır, ailəsini təmin edir, məsuliyyət daşıyır. Amma elə kişilər də var ki, ailə nədir, uşaq necə böyüyür bilmir. Yalnız öz kefini düşünür. Mən diqqətli, ailəsinə dəyər verən kişilərdən danışıram."

Sənətçi boşanmaların artmasının əsas səbəblərindən birinin maddi və mənəvi gözləntilərin uyğun gəlməməsi olduğunu bildirib:
"Bəzən xanımın tələbi kişinin qazancına uyğun olmur. Filankəsdə var, bizdə niyə yoxdur? Belə müqayisələr ailədə problemlərə səbəb olur."

Bağırov bəzi qadınların həyat yoldaşlarının pis vərdişlərindən şikayətlənməsinə də toxunub:
"Boşanan qadınlardan soruşanda deyirlər ki, həyat yoldaşı narkotik çəkirdi, içki içirdi, əyyaş idi. Soruşanda ki, nişanlı vaxtı bunları görmürdün? Cavab verirlər ki, evləndikdən sonra oldu. Bir gündə evlənmədiniz ki... Nişanlı vaxtı bunları bilmirdinsə, demək ki, məsələni vaxtında araşdırmamısan."

Müğənni ailə qurarkən qarşı tərəfi yaxşı tanımağın və gələcəkdə baş verə biləcək problemləri əvvəlcədən nəzərə almanın vacibliyini vurğulayıb.

reklam
reklam