Novruzu Parisdə qeyd etdilər

Aparıcı İlkin Həsəni və influenser həyat yoldaşı Aysel Həsəni Novruz bayramını Fransada keçiriblər. Cütlük Parisə tətilə yollanıb və romantik anlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər.

Novruzu Parisdə qeyd etdilər
İlkin Həsəni və Aysel Həsəni
reklam

Tanınmış aparıcı İlkin Həsəni və influenser həyat yoldaşı Aysel Həsəni (İcelinee) Novruz bayramını Parisdə qeyd ediblər. Cütlük tətil üçün Fransaya yollanıb.

Onların romantik anları sosial şəbəkə izləyicilərinin diqqətini çəkib. Bu barədə Aysel Həsəni şəxsi hesabında paylaşımlar edib. Fotolar və videolar izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, İlkin və Aysel Həsəni tez-tez birgə səyahət edir və öz məqamlarını sosial mediada bölüşürlər.