"İlhamə Quliyeva mənə hədə-qorxu gəldi"
Aktyor Müşviq Şahverdiyev Xalq artisti İlhamə Quliyevanı parodiya etdikdən sonra onunla ilk görüşündən danışıb. O bildirib ki, sənətçi ona sərt reaksiya verib və hədə-qorxu gəlib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Aktyor Müşviq Şahverdiyev mərhum Xalq artisti İlhamə Quliyevanın onu parodiya etdikdən sonra verdiyi reaksiyanı açıqlayıb. O, "İzzət Şou" verilişində bu barədə danışıb.
Müşviq Şahverdiyevin sözlərinə görə, İlhamə Quliyeva onun parodiyasından narazı qalıb və sərt şəkildə iradını bildirib:
"Bir dəfə Xalq artisti İlhamə Quliyeva məni gördü və soruşdu ki, "Məni sən parodiya etmisən?". Elə bildim deyəcək ki, nə gözəl eləmisən oğul, nə gözəl aktyorsan. Həvəslə cavab verdim ki, bəli, mən etmişəm. Dedi ki, "Qələt eləmisən. Sən kimsən məni parodiya edirsən? Başına bir oyun açaram, verilişini də bağlatdıraram. Get o uzuna da ("Tək səbir"in aparıcısı Həsən) de ki, başınıza oyun açaram". Mən də tez təşvişə düşən adamam. Oradan qaçaraq çıxdım və kanala girən kimi dedim ki, uşaqlar, İlhamə xanım bizdən şikayət edib, verilişimizi bağlayacaqlar".
Mərhum sənətçi İlhamə Quliyeva tez-tez sərt xarakteri ilə gündəmə gəlirdi. Onun televiziya və sənət dünyasında kəskin tənqidlərə və sərt reaksiyalara sahib olması bir çoxları üçün sirr deyil. Müşviq Şahverdiyevin bu xatirəsi də onun xarakterini bir daha təsdiqləyir.
admin Şub 13, 2025 0 428
admin Eki 31, 2024 0 165
admin Eki 31, 2024 0 126
admin Kas 1, 2024 0 26
admin Eki 31, 2024 0 22
AsimanFərzəliyeva Mar 18, 2025 0 1
AsimanFərzəliyeva Mar 18, 2025 0 1
AsimanFərzəliyeva Mar 18, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox