Xalq artistinin psixi sağlamlığı pozulub

Rusiyanın xalq artisti Larisa Dolina Moskvanın mərkəzindəki mənzilini 112 milyon rubla satarkən psixi cəhətdən qeyri-sabit olub. Mütəxəssislərin apardığı müayinələr onun vəziyyətinin ciddi olduğunu göstərib.

Xalq artistinin psixi sağlamlığı pozulub
Larisa Dolina
reklam

Rusiyanın xalq artisti Larisa Dolina Moskvanın mərkəzindəki mənzilini 112 milyon rubla satarkən psixi vəziyyətinin qeyri-sabit olduğu müəyyən edilib.

Məlumata görə, müayinələr sənətçinin nə baş verdiyini tam anlaya bilmədiyini və bu proses zamanı son dərəcə əsəbi olduğunu üzə çıxarıb. Dolina hadisədən sonra tez-tez ağladığını bildirib.

Buna baxmayaraq, müğənni bu günlərdə universitet tələbələri üçün çıxış edib və Kremldə konsert verib. Mülki proses çərçivəsində onun nümayəndələri məhkəmə-psixiatrik ekspertiza tələb etməyiblər.