Zaurun sualı Üzeyir Mehdizadəni özündən çıxardı

Müğənni Üzeyir Mehdizadə "Rəngarəng" verilişində qonaq olarkən Zaur Nəbioğlunun şəxsi həyatı ilə bağlı sualına sərt reaksiya verib. O, bu mövzuda danışmaq istəmədiyini bildirərək, şəxsi həyatın mahiyyətini vurğulayıb.

Zaurun sualı Üzeyir Mehdizadəni özündən çıxardı
Üzeyir Mehdizadə
reklam

Müğənni Üzeyir Mehdizadə "Rəngarəng" verilişinin canlı efirində şəxsi həyatı ilə bağlı verilən suala əsəbi reaksiya verib.

Aparıcı Zaur Nəbioğlunun övladları ilə bağlı sualı müğənnini narahat edib. O, bu barədə danışmaq istəmədiyini açıq şəkildə bildirib:

"Şəxsi həyat sözünün mənasını yəqin ki, başa düşə bilirsiniz. Bunu camaat qarşısında danışanda artıq özəl olmaqdan çıxır. Bəzən valideynlərimlə bağlı söhbət olub, danışmışıq. Amma ondan o yana heç kimə icazə vermirəm ki, mənə sual versin. Bu haqda danışmağa məcbur deyiləm."

Müğənninin sərt reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub.