Hadisənin yeni klipi gündəm oldu – FOTOLAR

Türkiyəli müğənni Hadisə "Fırtınam" adlı yeni mahnısının klipini izləyiciləri ilə bölüşüb. Güclü vizualları və cəsarətli səhnələri ilə diqqət çəkən klip sosial mediada geniş müzakirələrə səbəb olub. Xüsusilə, sənətçinin şəffaf leopar paltarı və rəqs fiqurları izləyicilər tərəfindən fərqli reaksiyalarla qarşılanıb.

Hadisənin yeni klipi gündəm oldu – FOTOLAR
Hadise
reklam

Türkiyəli məşhur müğənni Hadisə "Fırtınam" adlı yeni mahnısının klipini yayımlayıb. Gecə saatlarında izləyiciləri ilə paylaşdığı bu klip sosial mediada böyük səs-küy yaradıb.

Hadisənin klipində vizual effektlər və iddialı səhnələr xüsusi diqqət çəkib. Müğənninin şəffaf leopar paltarı və cəsarətli rəqs fiqurları izləyicilər tərəfindən geniş müzakirə olunub. Bəziləri klipi bəyənərək müasir və cəlbedici hesab etsə də, digərləri rəqs xoreoqrafiyasını və mahnının sözlərini uyğunlaşdırılmamış adlandırıblar.

Sənətçinin yeni klipi, həm pərəstişkarları, həm də tənqidçilər tərəfindən müxtəlif fikirlərlə qarşılanıb. Hadisənin bu çıxışı onun sənət yolunda yenilikçi addım olaraq qiymətləndirilir.

reklam
reklam