Özcan Deniz anju olundu – FOTO

Məşhur müğənni və aktyor Özcan Deniz ürəktutma keçirdikdən sonra Koronar Angioqrafiya (anju) etdirib. Onun həyat yoldaşı Samar Dadgar müğənninin səhhətinin yaxşı olduğunu bildirib.

Özcan Deniz anju olundu – FOTO
Özcan Deniz
reklam

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz anju etdirib. 53 yaşlı sənətçi keçən ay serial çəkilişləri zamanı ürəktutma keçirmişdi.

Onun həyat yoldaşı Samar Dadgar sosial şəbəkə hesabında paylaşım edərək Özcan Denizin Koronar Angioqrafiya (anju) olunduğunu bildirib. O, hər şeyin qaydasında olduğunu vurğulayıb və müğənninin artıq xəstəxanadan çıxdığını qeyd edib.

Qeyd edək ki, son dövrlər Özcan Deniz anası Kadriye Dəniz, böyük qardaşı Ercan Dəniz və bacısı Yurda Gülər ilə yaşadığı problemlərlə gündəmdə idi. O, fevralın 17-də xəstəxanaya yerləşdirilmişdi.

Ötən ay Bakıda konsert verən sənətçi jurnalistlərə səhhətinin yaxşı olduğunu bildirmişdi.

reklam
reklam