Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor Uinqz Hauzer 77 yaşında vəfat edib. Onun ölüm səbəbi xroniki obstruktiv ağciyər xəstəliyi olub. Aktyor “Doktor Hauz”, “Gənc və cəsarətlilər” kimi məşhur seriallarda rol alıb.

Məşhur aktyor vəfat etdi
Uinqz Hauzer
reklam

Amerikalı məşhur aktyor Uinqz Hauzer 77 yaşında dünyasını dəyişib.

Bu barədə onun qızı məlumat yayıb.

Aktyor Kaliforniyanın Santa-Monika şəhərindəki evində vəfat edib. Ölümünə xroniki obstruktiv ağciyər xəstəliyi səbəb olub.

Qeyd edək ki, Uinqz Hauzer “Doktor Hauz”, “Gənc və cəsarətlilər” seriallarında, eləcə də “Əxlaq polisi”, “Rezin” kimi filmlərdə rol alıb.