"Bir gəlin bir nəsli bədbəxt edir"

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini ilə yaşadığı çətinliklərdən danışıb. O, "Qonaqcanlı" verilişində ailə qurarkən diqqətli olmağın vacibliyini vurğulayıb və yaşadığı problemləri bölüşüb.

"Bir gəlin bir nəsli bədbəxt edir"
Mətanət İsgəndərli
reklam

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini ilə yaşadığı çətinliklərdən danışıb. O, "Qonaqcanlı" verilişində ailə qurarkən ehtiyatlı olmağın vacibliyini vurğulayıb:

"Gözüyumulu evlənməyin. Bir gəlin bir nəsli bədbəxt edir. Ev dağılır, övladlar travma yaşayır. Babalarımız düz edirdi: bir qızı alanda yeddi arxasını, nəslini, bütün sülaləsini öyrənmək lazımdır. Çoxları deyirdi, nəslini alıram? Amma bir də görürsən ki, nəsildə bir problem var və uşaq da ona bənzəyir. Mənim başım nələr çəkdi. Gözüyumulu evləndirdim, hələ də əziyyət çəkirəm. Bu yaşımda üç uşağa baxıram. Mən artıq yaşa dolmuşam, uşağa baxmaq yaşım deyil", - deyə müğənni bildirib.

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Onların üç övladı var. Əvvəlcə uşaqların qəyyumluğu ataya verilsə də, sonradan analarında qalıb. Hazırda uşaqlara M.İsgəndərli baxır. Kərim isə ikinci dəfə ailə qurub və bu nikahdan bir övladı dünyaya gəlib.