2024-cü ilin ən pis mahnısı açıqlandı-VİDEO
Amerikanın məşhur “Variety” nəşri 2024-cü ilin ən pis mahnılarının siyahısını təqdim edib. Siyahıya dünya ulduzları Jon Bon Covi, Keti Perri, Niki Minaj və başqalarının ifaları daxil edilib. Ən pis mahnı Keti Perrinin "Woman's World" treki seçilib. Mahnı feminist mövzuya toxunsa da, həm tənqidçilər, həm də dinləyicilər tərəfindən uğursuz hesab edilib.
