"2024 mənim üçün uğurlu olmadı, ümidim 2025-dir"
Tanınmış aktrisa Ülviyyə Xalinbəyova 2024-cü ilin onun üçün uğursuz keçdiyini bildirib. Sənətçi yeni ili ümidlə qarşıladığını və 2025-in ona uğur gətirəcəyinə inandığını qeyd edib. Bu sözləri o, instaqramda üzüm ənənəsini yerinə yetirdiyi anların paylaşımı ilə ifadə edib. "2025 mənim ilimdir," deyə aktrisa izləyiciləri ilə ümid dolu mesaj paylaşıb.
