2025-ci ilin trend saç rəngləri
2025-ci ilin ən dəbli saç rəngləri açıqlandı. Mokko mus və krem-bej tonları, qızılı saçlar, brondlaşdırma və sarışın tonları bu ilin məşhur üslubları arasında yer alacaq.
2025-ci ildə saç rəngi trendləri müəyyən olunub. Jurnalistlərin məlumatına görə, "Pantone" İnstitutu tərəfindən ilin rəngi olaraq seçilən "mokko mus" və krem-bej çalarları çox populyar olacaq. Həmçinin, qızılı saç rəngləri və saç uclarının brondlaşdırılması – müxtəlif açıq və tünd tonların qarışımı ilə əldə edilən üslub – gündəmdə olacaq.
Sarışın saçlar, xüsusilə Merilin Monrodan ilham alınaraq, trendlər arasında yer alacaq. Bundan əlavə, qıvrım saçlarla vintaj üslub yaratmaq da bu ilin dəbli seçimlərində olacaq.
Bu üslublar artıq müasir məşhurlar tərəfindən nümayiş etdirilməyə başlanıb.