"30 milyon versələr, evlənərəm"

Məşhur müğənni İrem Derici, Adanada keçirdiyi qəzadan sonra ilk dəfə kamera qarşısına keçərək evlilik şərtini açıqlayıb.

"30 milyon versələr, evlənərəm"
İrem Derici
reklam

İrem Derici Adanada keçirdiyi qəzadan sonra ilk dəfə kameralar qarşısına keçib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səhhətinin yaxşı olduğunu bildirən müğənni jurnalistlərin suallarını cavablayıb.
Derici jurnalistlərin "Nə vaxt evlənəcəksən?" sualına "Mənə 30 milyon dollar versələr, evlənərəm" deyərək yumoristik cavab verib.
Məşhur müğənni daha sonra "Çox sevsəm, çox güvənsəm bəlkə də. Həyatımdakı insana heyran olmalıyam. Artıq böyük danışmıram. Hər şey ola bilər" , - deyə əlavə edib.