97-ci “Oskar” mükafatları mərasiminin aparıcısı seçildi
97-ci “Oscar” mükafatları mərasiminin aparıcısı kimi tanınmış prodüser və komediya ustası Konan O'Brayen seçilib. O'Brayen, mərasimi təklikdə idarə edəcək. Mükafatlandırma mərasimi 2025-ci ilin mart ayında Los-Ancelesdə keçiriləcək.
97-ci “Oscar” mükafatları mərasiminin aparıcısı, prodüser, komediya ustası və “Emmi” mükafatı laureatı Konan O'Brayen olacaq. Bu barədə Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb.
Konan O'Brayen tədbiri təklikdə aparacaq. O, bu mühüm rolu öz üzərinə götürərək, “Oskar”ın ənənəvi mərasimində izləyicilərə unudulmaz anlar yaşadacaq. Keçmişdə Cimmi Kimmel iki il ardıcıl olaraq "Oskar" mərasimini idarə etmişdi.
Mükafatlandırma mərasimi 2 mart 2025-ci ildə Los-Ancelesdəki “Dolby” teatrında keçiriləcək. Əsas namizədlər isə yanvarda açıqlanacaq.