Acun Ilıcalı barədə araşdırma başlanıb: Qanunsuz mərc reklamları ilə bağlı şübhələr

Türkiyənin məşhur şoumeni və aparıcısı Acun Ilıcalı haqqında qanunsuz mərc oyunları reklamı və təşviqi ilə bağlı araşdırma başlatılıb. Araşdırmalar həmçinin "TV8" və "Exxen" platformalarının rəhbərləri barədə də aparılır. İstintaq UEFA Millətlər Liqası matçlarında yayımlanan qanunsuz reklamlarla əlaqələndirilir.

Acun Ilıcalı barədə araşdırma başlanıb: Qanunsuz mərc reklamları ilə bağlı şübhələr
Acun Ilıcalı
reklam

Türkiyənin tanınmış şoumeni və aparıcısı Acun Ilıcalı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlatılıb. Araşdırmanın səbəbi, onun mərc oyunları ilə əlaqəli qanunsuz reklamlar və təşviqlərlə bağlı şübhələrdir. Məlumatlara görə, istintaq UEFA Millətlər Liqası matçlarında yayımlanan qanunsuz mərc reklamlarına yönəlib. Bundan başqa, "TV8" və "Exxen" rəqəmsal platformalarının rəhbərləri də araşdırmaların hədəfi olub.