Ani Lorak gizli şəkildə ərə gedib – FOTOLAR

Ukraynanın Xalq artisti Ani Lorak və sevgilisi İsaak Vijraku gizli şəkildə ailə həyatı qurublar. Müğənni bu barədə özü məlumat verib. Onların nikahı Mayorkada baş tutub, toy isə bir il əvvəl Maldivdə keçirilib.

Ani Lorak gizli şəkildə ərə gedib – FOTOLAR
Ani Lorak və sevgilisi İsaak Vijraku
reklam

Ukraynanın Xalq artisti Ani Lorak və sevgilisi İsaak Vijraku gizli şəkildə evləniblər. Müğənni bu barədə özü məlumat verib və "OK" jurnalının son sayının üz qabığını paylaşaraq xəbəri bölüşüb.

"Həyatımızdakı bu gözəl hadisəni sizinlə bölüşməyə tələsirik!" – deyə Ani Lorak qeyd edib.

Müğənni və həyat yoldaşı verdikləri müsahibədə bildiriblər ki, toyları bir il əvvəl Maldivdə baş tutub, nikah isə Mayorka adasında qeydə alınıb. Cütlük toyu yalnız ikisi üçün təşkil edib.

"Artıq 200 nəfərlik toy təcrübəm var idi, onların yarıdan çoxu orada olduqlarını belə xatırlamırdı. Daha sonra bir çox insanlar sadəcə "müğənni Ani Lorak"ın toyunda olduqlarını vurğulayırdılar. Bu dəfə isə biz sadəcə özümüz üçün toy etdik", – deyə sənətçi bildirib.

Cütlük bu hadisəni uzun müddət gizli saxlayıb. Həmin gün yalnız müğənninin qardaşı və İsaakın qızı onlara dəstək olmaq üçün adaya gəliblər.

reklam
reklam