Aygün Kazımova və Röya Ayxan toyda mübahisə etdi

Aparıcı Kamilə Babayeva toyunda Xalq artistləri Aygün Kazımova və Röya Ayxan arasında mübahisənin baş verdiyi iddialarına aydınlıq gətirib. O, yayılan məlumatların təhrif olunduğunu və həyat yoldaşının şou-biznes nümayəndələrini məclisə dəvət etməsinə qadağa qoymadığını bildirib.

Aygün Kazımova və Röya Ayxan toyda mübahisə etdi
Aygün Kazımova ilə Röya Ayxan
reklam

Aparıcı Kamilə Babayeva toy mərasimində Xalq artistləri Aygün Kazımova və Röya Ayxanın mübahisə etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Kamilə bu barədə "Pərvizə görə" verilişində danışaraq, məsələnin təhrif olunduğunu vurğulayıb. O, həyat yoldaşının şou-biznes nümayəndələrini məclisə dəvət etməsinə qadağa qoyduğu barədə xəbərlərin doğru olmadığını deyib:

"Burada məsələ düzgün təqdim olunmayıb. Həyat yoldaşım sadəcə qonaq sayının hər iki tərəfdən də az olmasını istəyirdi. Mən isə bildirdim ki, dostlarım, tanışlarım və ətrafım genişdir. O, kiçik və səmimi məclis keçirməyimizi istəyirdi. Əgər onun şou-bizneslə problemi olsaydı, deməli, özünü tanıyan insan olmazdı. Onda niyə məni sevib, mənimlə ailə qururdu?!

Bu hadisə ilə bağlı nə xüsusi sevindi, nə də kədərləndi. Əslində, məsələnin daha çox kənarda müzakirə olunduğunu görürük. Ailə daxilində isə heç bir zaman mövzuya çevrilməyib.

Ən kritik anlar olur, bəzən sözlər üst-üstə düşmür. Belə hallarda insanlar qarşısındakına ən həssas məqamdan toxunmaq istəyir. Amma bu illər ərzində həmin mövzunun nə ətrafında, nə də yanında heç bir söz belə deyilməyib" – deyə aparıcı qeyd edib.

reklam
reklam