"Aygün məni doğum günü məclisinə çağırmamışdı"

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə bağlı açıqlaması ilə gündəmə gəlib. O, Kazımovanın doğum günündə iştirak etmədiyini və onu təbrik etmədiyini bildirib. Sənətçi, həmçinin, birlikdə hazırladıqları yeni duet layihəsinin yaxın zamanda təqdim ediləcəyini vurğulayıb.

"Aygün məni doğum günü məclisinə çağırmamışdı"
Namiq Qaraçuxurlu
reklam

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə bağlı verdiyi açıqlama ilə diqqət çəkib. Sənətçi bildirib ki, Kazımovanın doğum günü məclisinə dəvət almayıb və onu təbrik etməyib.

"Mən Azərbaycanda demək olar ki, olmuram. Dünən Bakıya gəlmişəm, iki gündən sonra yenidən başqa ölkəyə gedəcəyəm. Açığı desəm, bu ərəfədə Aygün xanımla görüşməmişəm, ona görə də təbrik etməmişəm. Əgər qarşılaşsaq, mütləq təbrik edərəm", - deyə Qaraçuxurlu qeyd edib.

Sənətçiyə ünvanlanan "Aygün Kazımova sizi doğum günü məclisinə çağırmışdı?" sualına isə o, "Xeyr, çağırmamışdı" cavabını verib.

Bununla yanaşı, Namiq Qaraçuxurlu Kazımova ilə yeni duet layihəsi üzərində işlədiklərini də açıqlayıb: "Bizim yeni duet layihəmiz bir qədər gecikir, amma yaxın zamanda təqdim edəcəyik. Mütləq olacaq".