Bahar Lətifqızının Yeni İmici – FOTO

Müğənni Bahar Lətifqızı imicində etdiyi dəyişikliklə sosial mediada diqqət çəkib. Saç rəngini açıq çalara boyayan sənətçinin yeni görünüşü izləyiciləri təəccübləndirib.

Bahar Lətifqızının Yeni İmici – FOTO
Bahar Lətifqızı
reklam

Müğənni Bahar Lətifqızı imicində etdiyi dəyişikliklə yenidən gündəmə gəlib. Sənətçi tünd rəngli saçlarını açıq çalara boyadaraq görünüşünü tamamilə dəyişib. Yeni saç rəngi və tam makiyajlı tərzi ilə paylaşdığı fotolar izləyicilərinin marağına səbəb olub.

Bahar Lətifqızının sosial şəbəkədə paylaşdığı yeni görüntülərinə izləyicilər müxtəlif şərhlər yazıblar. Bəziləri onu tanımaqda çətinlik çəkdiyini bildirərkən, digərləri isə yeni imicini bəyəndiklərini ifadə ediblər. “Söz tapa bilmirəm”, “Tanımadım sizi, necə də dəyişmisiniz!”, “Möhtəşəm görünürsünüz” kimi şərhlər diqqət çəkib.

Müğənni isə yeni görünüşü ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.