Səidə Sultan yeni imici ilə diqqət çəkdi - FOTO
Müğənni Səidə Sultan özünün stilində böyük dəyişiklik edib. Sarı saçlarını kürən rənginə boyayan sənətçi, yeni imici ilə izləyicilərinin marağını cəlb edib.
Müğənni Səidə Sultan, uzun müddət saxlamağa vərdiş etdiyi sarı saçlarını dəyişərək, onları kürən rənginə boyayıb. Bu yeni görünüşün arxasında isə stilist Anar Ağakişiyevin böyük əməyi var. Sultan, fərqli və təzə imici ilə sosial mediada müsbət rəylər alıb.