"Belə səviyyəsizləri harada görsəniz, blok edin"-FOTO

Müğənni Samir Piriyevin xanımı Anara Fətəliyeva sosial şəbəkədə sərt paylaşım edərək, "Belə səviyyəsizləri harada görsəniz, blok edin" deyə xəbərdarlıq edib. Bu sözləri bloger və instaqram istifadəçisi olan Anara, "ellanish_velar" adlı profilin paylaşımına reaksiya olaraq qeyd edib.

"Belə səviyyəsizləri harada görsəniz, blok edin"-FOTO
Anara Fətəliyeva
reklam

Müğənni Samir Piriyevin xanımı Anara Fətəliyeva sosial şəbəkədə sərt paylaşım edərək izləyicilərini xəbərdar edib. Anara, "ellanish_velar" adlı istifadəçinin postunu paylaşaraq, belə səviyyəsiz insanları sosial mediada görən zaman dərhal blok etmələri və şikayət etmələri barədə çağırış edib.

Anara, paylaşımında bu şəxsləri "virus" adlandıraraq, onların insanlara neqativ yayaraq, panika yaratmaqdan zövq aldıqlarını vurğulayıb. "İnanmayın, qorxmayın və immunitetinizi bərkidin. Bu qədər sadə!" deyən bloger, izləyicilərini tələyə düşməməyə və qorxmamağa çağırıb.

Paylaşımda qeyd edilən hesabda isə qorxuların immunitetə təsiri və müalicə yolları mövzusunda müzakirələr aparılıb. Bildirilir ki, güclü immunitet sistemi qurmaq və daxili qorxulardan azad olmaq vacibdir, çünki bu qorxular bədənin enerjisini zəiflədir və immun sistemini daha həssas edir. Profil sahibi, 2020-ci ildə pandemiya zamanı istifadə etdiyi "neyromeditasiya" metodlarını təklif edir. Bu metodların, adi meditasiya üsullarından 10 dəfə daha effektiv olduğu iddia edilir.