En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Hollywood ulduzu Gal Gadot, dördüncü uşağı Ori'nin doğumu zamanı yaşadığı həyati təhlükə barədə ilk dəfə danışdı. 39 yaşlı İsrailli aktrisa, mart ayında beynində qan pıhtısı yaranaraq təcili əməliyyata alındığını və bu çətin dövrü sosial media hesabında izləyiciləri ilə bölüşdü. Gadot, "Bu il çox çətin bir təcrübə yaşadım. Bu hekayəni paylaşıb-paylaşmamağı uzun müddət düşündüm və nəhayət ürəyimin səsini dinləyərək paylaşmağa qərar verdim," dedi.
Aktrisa yaşadığı bu həyati təhlükəli anları belə izah etdi: "Acilən xəstəxanaya aparıldım və bir neçə saat ərzində əməliyyata alındım. Qızım Ori, məhz bu qorxulu anlarda dünyaya gəldi. Onun adının 'İşığım' mənasına gəlməsi təsadüf deyil. Əməliyyatdan əvvəl ərim Jaron'a dedim ki, qızımız bu qaranlıq tunelin sonunda bizim işığımız olacaq."
Gadot bu çətin təcrübənin ona nələri öyrətdiyini də paylaşdı: "Bədənimizin verdiyi siqnalları dinləmək çox vacibdir. Hətta ən kiçik narahatlıq belə ciddi bir problem ola bilər. 30 yaşdan yuxarı hər 100 min hamilə qadından 3-də beyin pıhtısı yaranır, bunu bilmirdim. Erkən diaqnoz həyatı xilas edir."
Bu hadisə, Gal Gadot'un həyatını əhəmiyyətli dərəcədə dəyişdirib və ona sağlamlıqla bağlı daha diqqətli olmağı öyrədib.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox