"Bir Gece Masalı"nda ayrılıq-FOTO

ATV-nin məşhur serialı "Bir Gece Masalı"nda Ceylan obrazını canlandıran Yüsra Geyik, serialdan ayrılaraq sosial mediada "Bye" paylaşımı edib. Onun ayrılması serialdakı gedişatı təsdiqləyib.

"Bir Gece Masalı"nda ayrılıq-FOTO
"Bir Gece Masalı" serialı
reklam

"ATV-nin iddialı serialı "Bir Gece Masalı"nda Yüsra Geyik ayrılaraq seriala son verib.

Sonxeber.az xəbər verir ki, Yüsra Geyik, serialda canlandırdığı Ceylan obrazının həyatını itirməsindən sonra serialdan ayrıldığını açıqlayıb. Aktrisa, dekabr ayında həmkarı Eren Vurdemi və serialın rəsmi sosial media hesabını izləməyi dayandıraraq serialdan ayrılacağını göstərmişdi.

Ötən gecə yayımlanan bölümde Ceylanın yol qəzasında həyatını itirməsi və Səlimin onu dəfn etməsi bu iddiaları doğruladı. Yüsra Geyik serialdan ayrılmasına dair hər kəsi maraqlandıran bu xəbəri öz sosial media hesabında paylaşdığı bir səhnə ilə təsdiqləyib və "Bye" yazaraq izləyicilərinə vidalaşdı."