"Bir qolumda qızım paltarları ilə, o biri qolumda..."

Xalq artisti Aygün Kazımova "Tarixin bir günü" verilişində həyatının çətin dövrlərindən danışaraq duyğusal anlar yaşayıb.

"Bir qolumda qızım paltarları ilə, o biri qolumda..."
bürclər
reklam

"Tarixin bir günü" verilişində təsirli anlar yaşanıb.

Prodüser və aparıcı Tarix Əliyevin Xalq artisti Aygün Kazımova haqqında səsləndirdiyi fikirlər onu duyğulandırıb.

Pop diva ilk dəfə həyatının çətin anlarından danışaraq özünə xitab edib:

"Aygün, nə etdinsə, düz etdin. Çox risklərə getdin. Amma düz etdin. Atasız bir uşaq idin. Nəsil-kök sənə qarşı idi. Gənc yaşında ananı itirdin. Bir övlad kimi zəiflədin. O vaxt gənc qız idim. Övladım qolumda. Qolum artıq nəs qalmışdı. Qurumuşdu artıq qolum. Bir qolumda qızım, paltarları ilə o biri qolumda... Həyatında elə şeylər yaşandı ki, onu sən heç cürə bölüşə bilməzdin", - deyə Kazımova bildirib.