Boşandığı xanımının oğlu ilə bir araya gəldi – FOTO

Azərbaycanlı opera ifaçısı, Xalq artisti Yusif Eyvazov boşandığı həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiyaqo ilə Romada görüşüb. Eyvazov birlikdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb və ona səmimi ifadələrlə müraciət edib.

Boşandığı xanımının oğlu ilə bir araya gəldi – FOTO
Yusif Eyvazov
reklam

Xalq artisti, opera ifaçısı Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiyaqo ilə görüşüb.

Sənətçi onunla birgə Romada keçirdiyi vaxtdan çəkilmiş fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımında Eyvazov Tiyaqonu "Mənim balaca böyük oğlum" sözləri ilə təsvir edib.

Qeyd edək ki, Yusif Eyvazov və Anna Netrebko bir neçə gün əvvəl Romanın məşhur opera səhnələrindən birində birlikdə çıxış ediblər.

Xatırladaq ki, Anna və Yusif ötən ilin iyun ayında rəsmi olaraq boşandıqlarını elan ediblər. Onlar 10 il evli olsalar da, övladları olmayıb. Annanın ilk evliliyindən olan oğlu Tiyaqo isə ailənin ayrılmasına baxmayaraq Yusif Eyvazovla isti münasibətini qoruyub saxlayır.

Yusif Eyvazov hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.

reklam
reklam