Boşanması və şəxsi həyatı ilə bağlı səmimi etiraflar etdi

“Güldür Güldür” şousunun sevilən aktrisası Ecem Erkek şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. O, həm keçmiş evliliyindən, həm də güclü qadınların qarşılaşdığı çətinliklərdən danışıb.

Boşanması və şəxsi həyatı ilə bağlı səmimi etiraflar etdi
Ecem Erkek
reklam

Türkiyənin məşhur “Güldür Güldür” şousunun ulduzu Ecem Erkek, Hülya Avşarın “YouTube” layihəsində qonaq olub və şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Hazırda “Gelin Takımı” filmi ilə izləyicilərin qarşısında olan Ecem Erkek, aktyorluq karyerasına “Hayat Sırları” serialı ilə başladığını, daha sonra Bursa teatrında fəaliyyət göstərdiyini bildirib. Aktrisa məşhurlaşmasında Sezen Aksunun böyük təsiri olduğunu qeyd edib.

Hülya Avşarın “Məşhurlaşandan sonra boşandınız? Niyə belə oldu?” sualına cavabında Ecem Erkek, “Əslində bu, məşhurluqla bağlı deyildi. 2019-cu ildə ayrıldıq, pandemiya dövrü idi. Bəzən münasibətlər alınmır. Biz qarşılıqlı anlaşma ilə, bir-birimizin xətrinə dəymədən boşandıq,” deyib.

Ecem Erkek boşandıqdan sonra yeni bir münasibət yaşadığını, lakin onun da uğursuz olduğunu bildirib. O, problemin kişilərin güclü qadınları qəbul edə bilməməsindən qaynaqlandığını vurğulayıb.

Qeyd edək ki, Ecem Erkek 2016-cı ildə Yüce Armağan Erkek ilə evlənmiş və 2020-ci ildə boşanmışdır.

reklam
reklam