"Cibim o pullardan şişmişdi"

Xalq artisti Ağadadaş Ağayev toyların birində başına gələn maraqlı hadisəni bölüşüb.

"Cibim o pullardan şişmişdi"
Ağadadaş Ağayev
reklam

Xalq artisti Ağadadaş Ağayev iştirak etdiyi toy məclislərindən birində başına gələn maraqlı hadisədən danışıb.

Sənətkar bu barədə qonaq olduğu televiziya proqramında bildirib.

Ağayev toydan 10 min dollar qonorar aldığını və bu məbləği məclisdə iştirak edən aşıq Əli Tapdıqoğluna digər musiqiçilər arasında bölməsi üçün verdiyini deyib:

"Toyda oxuyarkən gördüm ki, həmkarlarım Xatirə İslam, Zamiq Hüseynov, aşıq Əli və aşıq Samirə Əliyeva da oradadır. Məclis bitdi, cibimdə 10 min dollar pul olduğunu gördüm. Pulu insafla bölməsi üçün aşıq Əliyə verdim. O isə uzun müddət geri qayıtmadı. Nəhayət gəlib, musiqiçilər arasında payladığını dedi və mənə 3 min dollar gətirdi."

Xatirə İslam isə məsələyə belə reaksiya verib:
"Bəli, mənə də o puldan verildi. Aşıq Əli bu məsələdə insaflı davranıb. Amma ən böyük məbləğ Ağadadaş müəllimə çatıb."

Sənətkar isə Xatirə İslama zarafatla "Xeyr, elə olmayıb, zəng edib aşıq Əlidən soruş," cavabını verib.

reklam
reklam