"Çimnaz Sultanovanın böyük imkanı var idi"-FOTO

Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın məzar görüntülərinin sosial mediada yayılmasına münasibət bildirib. O, məzar daşının hələ qoyulmamasının səbəbini izah edərək, bunun maddi çətinliklə bağlı olmadığını vurğulayıb.

"Çimnaz Sultanovanın böyük imkanı var idi"-FOTO
Manaf Ağayev
reklam

Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın məzar görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı açıqlama verib.

Sənətçi bu barədə televiziya proqramında danışıb və məzar daşının hələ qoyulmamasının səbəbini izah edib:

"Çimnaz Sultanovanın böyük maddi imkanı var idi. Qəbir daşının qoyulmaması maliyyə problemi ilə bağlı deyil. Bakılılarda adət var ki, 40 mərasimi tamam olmadan qəbir daşı düzəldilmir. Adətən, bu proses il mərasiminə qədər tamamlanır.”

Qeyd edək ki, Çimnaz Sultanova xərçəng xəstəliyindən əziyyət çəkirdi və o, bu ilin yanvar ayında dünyasını dəyişib.

reklam
reklam