Çingiz Mustafayevin Səhhətində Problem Yarandı
Müğənni Çingiz Mustafayev son zamanlar yaşadığı xroniki yorğunluq problemi ilə bağlı paylaşım edib. O, Rusiyada aldığı müalicə metodunu və bu prosesin onun sağlamlığına necə təsir etdiyini açıqlayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Müğənni Çingiz Mustafayev sosial şəbəkədəki paylaşımında son bir ayda yaşadıqlarını və xroniki yorğunluq problemini bölüşüb. O, uzun müddət yorğunluq hissindən əziyyət çəkdiyini bildirib: "Səhərlər duranda elə bilirdim ki, gecə yatmamışam. Bu, əhvalıma, yaddaşıma və ümumilikdə işlərimə təsir edirdi", - deyə o qeyd edib.
Çingiz Mustafayev Rusiyada yeni tanış olduğu bir mərkəzdə aldığı müalicə üsulunu açıqlayıb. O, iynə terapiyasına bənzər bir üsul olan elektrik terapiyasından istifadə edərək bədəninin müxtəlif hissələrinə tətbiq olunan bu müalicənin faydalı olduğunu bildirib. Çingiz, psixoloqların rəhbərliyində həyata keçirilən bu müalicənin beyin resurslarını yaxşılaşdırdığını qeyd edib.
Sənətçi, gec yatmağın insan sağlamlığına zərərli olduğunu və buna görə artıq tez yatmağa başladığını bildirib. "Beynimizin hər hissəsi nəyəsə cavabdehdir. Yaradıcı insanlar gecələri işləyirlər, amma bu, uzun müddətdə sağlamlığa zərər verir. Mən bunu artıq özüm təcrübə etmişəm", - deyə Çingiz Mustafayev məsləhət verib.
Çingiz, həkimlərlə danışdığını və onları Bakıya gətirməyi planlaşdırdığını da əlavə edib. O, ölkəmizdə də bu cür müalicə üsuluna ehtiyacı olan insanların olduğunu düşündüyünü bildirib. "Beynimizin yaxşı işləməsi üçün ona qulluq etməliyik", - deyə o vurğulayıb.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 170
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 53
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 11
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 9
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox