Damla polisə çağırılıb - Köməkçisi AÇIQLAMA VERDİ

Müğənni Damlanın adı yenidən qanunsuz mərc oyunlarının reklamı ilə bağlı hallanıb. Prodüseri Şamil İbrahimov bildirib ki, bu məsələ 4 il əvvəl baş verib və artıq həllini tapıb. Cəriməni ödədikdən sonra Damla belə fəaliyyətlərdən uzaq durub.

Damla polisə çağırılıb - Köməkçisi AÇIQLAMA VERDİ
Damla
reklam

Müğənni Damlanın adı qanunsuz mərc oyunlarının reklamı ilə bağlı yayılan məlumatlarda yenidən gündəmə gəlib. Prodüseri Şamil İbrahimov məsələ ilə bağlı açıqlama verib: “Bu yayılan məlumatlar köhnədir. Sözügedən məsələ pandemiya dövründə, təxminən 4 il əvvəl yaşanıb. O zaman müğənni Damla bir mərc oyunları platformasının reklam videosunda çəkilmişdi. Biz bu fəaliyyətin qadağan olduğunu bilmirdik. Hüquq-mühafizə orqanları müdaxilə etdilər və Nərimanov Rayon Məhkəməsində işə baxıldı. Damla cərimələndi, cəriməni ödədik və bildirdik ki, belə bir hadisə təkrarlanmayacaq. Bu hadisədən sonra bir daha qanunsuz fəaliyyətlə məşğul olmadıq. Mətbuatda yayılan məlumatlar köhnə hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsidir.” Damlanın adı ilə yanaşı, bəzi məşhurların da oxşar fəaliyyətlərdə iştirak etdiyi iddia olunur. Aktyor Azər Aydəmir isə adının bu qalmaqalda səhvən hallandırıldığını bildirib: “Mən heç vaxt belə bir reklam etməmişəm. Orada həmkarlarımın da adları çəkilib. Bu məlumat səhvdir və zamanla hər şey aydınlaşacaq.” Ekspertlər qeyd edirlər ki, qanunsuz mərc oyunları yalnız iqtisadi deyil, həm də mənəvi ziyanlara səbəb olur. Bu səbəbdən cəmiyyətdə tanınmış simaların məsuliyyətlə davranması və qanunsuz fəaliyyətlərə qarşı nümunəvi mövqe sərgiləməsi vacibdir.