Diddy ABŞ-dəki Meşə Yanğınlarında İttiham Olundu

Keçmiş amerikalı məmur Ketrin Ostin Fitts məşhur reper P.Diddy-nin (Şon Kombs) ABŞ-dəki meşə yanğınlarında iştirakına dair iddialar irəli sürüb. Fitts, yanğınların dəlilləri gizlətmək məqsədilə törədildiyini iddia edir.

Diddy ABŞ-dəki Meşə Yanğınlarında İttiham Olundu
Diddy
reklam

Keçmiş amerikalı məmur Ketrin Ostin Fitts məşhur reper P.Diddy-nin (Şon Kombs) ABŞ-də baş verən meşə yanğınlarında əli olduğuna dair iddialar səsləndirib. O, yanğınların bəzi cinayətlərin izini itirmək məqsədilə törədildiyini düşünür.

Fitts, P.Diddy-nin yaxın dostları olan Jay-Z, Beyons, Cenifer Lopez, Eşton Katçer və Leonardo Di Kaprionun Los-Ancelesdəki evlərinin yanğınlardan zərər görmədiyini vurğulayıb.

O, bəzi şəxslərin cinayətlərini gizlətmək üçün "dəhşətli addımlar" atdığını bildirib və reperin bu yanğınlarla əlaqəsinin olmasına təəccüblənməyəcəyini qeyd edib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 17-də P.Diddy insan alveri və seksual istismar məqsədilə cinayət sövdələşməsi ittihamları ilə həbs edilib. Onun evində çoxlu sayda qeyri-qanuni əşyalar aşkarlanıb.