Dilan Polat yenidən həbs olunacaq?-FOTO

Türkiyəli sosial media fenomeni Dilan Polat və bacısı Sıla Doğu yenidən müzakirə mövzusuna çevrilib. Onların bir tədbirdə yaxın rəqs performansı nümayiş etdirməsi ictimai qınağa səbəb olub və məsələ hüquqi müstəviyə keçib.

Dilan Polat yenidən həbs olunacaq?-FOTO
Dilan Polat
reklam

İstanbul Respublika Prokurorluğu bu hadisəni "qeyri-etik davranış" kimi qiymətləndirib və rəsmi istintaqı başa çatdırıb. Bacılar yaxın zamanda məhkəmə qarşısına çıxacaq və onlar üçün 6 aydan 1 ilə qədər həbs cəzası tələb olunub.

Dilan Polat daha əvvəl çirkli pulların yuyulması ilə bağlı əməliyyatda saxlanılmış, lakin məhkəmə tərəfindən sərbəst buraxılmışdı. Hadisə ilə bağlı Dilan Polat hələ ki, açıqlama verməyib.