Dünya şöhrətli ulduzlar Türkiyəyə gəlir-FOTO

Məşhur rejissor Kristofer Nolanın yeni filmi “The Odyssey”in bəzi səhnələri Türkiyənin Ordu bölgəsində çəkiləcək. Filmdə Hollivud ulduzları Matt Damon, Charlize Theron, Tom Holland, Zendaya, Anne Hathaway və Robert Pattinson yer alır.

Dünya şöhrətli ulduzlar Türkiyəyə gəlir-FOTO
reklam

Tanınmış rejissor Kristofer Nolanın yeni layihəsi “The Odyssey” filminin bəzi səhnələri Türkiyənin Ordu bölgəsində, Ceyson burnunda lentə alınacaq.

Filmdə dünya şöhrətli aktyorlar Matt Damon, Charlize Theron, Tom Holland, Zendaya, Anne Hathaway və Robert Pattinson rol alır. “The Odyssey” Troya müharibəsindən sonra Odisseyin macəralarla dolu səyahətini və həyat yoldaşı Penelopa ilə qovuşmasını əks etdirir.

Ekran işinin 2026-cı ildə kinoteatrlarda nümayiş olunması planlaşdırılır. Türkiyə son illərdə beynəlxalq kino sənayesinin diqqətini cəlb edərək, mühüm çəkiliş məkanlarından birinə çevrilib.