Dünyanın Ən Cazibədar Kişisinin Gigiyena Vərdişləri Müzakirə Edilir - FOTO
Məşhur prodüser Benny Blanko, son müsahibəsində şəxsi gigiyena vərdişləri haqqında maraqlı açıqlamalar verib. Onun bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub. Benny, hər gün duş almamaq və qeyri-adi qoxuları birləşdirmək kimi qeyri-adi vərdişlərini bölüşüb.
Məşhur prodüser Benny Blanko, son dövrlərdə Selena Qomezlə sevgili olması ilə gündəmə gəlsə də, onun musiqi sahəsindəki böyük uğurları da diqqət çəkir. Britni Spirsin "Circus", Keti Perrinin "Teenage Dream" və Keşanın "Tik Tok" kimi hitlərində Benny Blankonun rolu olub. Həmçinin, o, Selena Gomez ilə "Same Old Love" mahnısında da əməkdaşlıq edib.
Son günlərdə People jurnalı Benny Blankonu "Dünyanın Ən Cazibədar Kişilərindən biri" elan edib. Bu münasibətlə verdiyi müsahibədə Benny, şəxsi gigiyena vərdişləri ilə bağlı maraqlı açıqlamalar verib və bu sözlər müzakirələrə səbəb olub.
Benny Blanko, öz baxım sirrləri barədə belə danışıb: "Pis qoxmamaq çox önəmlidir. Hər şeyi düzgün edin. Düşünürəm ki, dərinin sağlam olması vacibdir. Mənim kosmetoloqum var və o, həyatımı dəyişdi. Onun adı Lindsay-dir və Artisan of Skin-də çalışır. Bəlkə mənə endirim edərlər?" deyə qeyd edib.
Ancaq daha sonra etdiyi açıqlamalar, cəmiyyətdə çaşqınlıq yaradıb. O bildirib: "Həmişə saç yumaq və saç kremindən istifadə etmək tərəfdarı deyiləm. Çox təmizəm, amma hər gün duş qəbul etmirəm. Bəziləri gündə 2-3 dəfə duş alır, amma məncə, dərinin yağları bərpa olunmağa vaxt tapmır."
Benny, eyni zamanda fərqli qoxulara olan marağını da etiraf edib: "Mən müxtəlif qoxuları bir araya gətirməyi sevirəm. Tütün və pambıq şirniyyatını qarışdırmağı sevirəm. Keçib gedərkən mənim qoxumu hiss etsinlər. Kişi-qadın qoxusu qarışığı - hər mənada daha çox qadınsı tərəfə meylliyəm."
Bu açıqlamalar, sosial mediada sürətlə yayılarak, müxtəlif reaksiyalara səbəb olub. Bir istifadəçi Instagram-da "Nə? Bunu necə deyə bilərdi?" yazaraq təəccübünü ifadə edib. Digər bir istifadəçi isə Benny-ni müdafiə edərək, "Bu şərhlərə inana bilmirəm. Çox mehriban və xoş bir insana bənzəyir," deyib.