Dünyanın Ən Yaşlı Kişisi Dünyasını Dəyişdi

1912-ci ildə doğulmuş və 112 yaşına qədər yaşayan Con Alfred Tinnisvud, dünyanın ən yaşlı kişisi kimi tarixə düşmüşdü. O, İngiltərənin Sautport şəhərindəki qocalar evində dünyasını dəyişdi.

Dünyanın Ən Yaşlı Kişisi Dünyasını Dəyişdi
Con Alfred Tinnisvud
reklam

Dünyanın ən yaşlı kişisi, "Titanik" gəmisinin batdığı 1912-ci ildə dünyaya gələn britaniyalı Con Alfred Tinnisvud 112 yaşında vəfat edib. O, İngiltərənin Sautport şəhərindəki qocalar evində dünyasını dəyişib.

Tinnisvud ötən ilin aprelində dünyanın ən yaşlı kişisi olaraq Ginnesin Rekordlar Kitabına daxil olmuşdu. Bu statusu, əvvəlki rekord sahibi olan 114 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölümündən sonra əldə etmişdi.

Con Tinnisvud bir neçə il əvvəl BBC-yə verdiyi müsahibədə gəncliyində çox aktiv olduğunu və çox səyahət etdiyini qeyd etmişdi. Lakin o, rekord uzunömürlülüyünün səbəbini hələ də bilmədiyini bildirib.