Elşən Orucov: “Azərdən mərhəmətli olmağı öyrəndim”
Aktyor Elşən Orucov efirdə mərhum dostu Azər Baxşəliyevin xatirəsini anarkən duyğusal anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Sənətçi dostunun ona öyrətdiyi həyat dərslərindən bəhs edib.
Aktyor Elşən Orucov “Xəzər axşamı” verilişində qonaq olaraq, mərhum dostu Azər Baxşəliyevdən danışarkən duyğusal anlar yaşayıb. Həmin vaxt göz yaşlarını saxlaya bilməyən Orucov, dostunun həyatında nə qədər böyük rol oynadığını qeyd edib.
"Azərin həyatımda rolu böyükdür. Bizim uşaqlığımız, gəncliyimiz birgə keçib, yaxşı dost olmuşuq. Zamanla İlkinlə, Elçinlə, Azərlə dostluğumuz o qədər yaxın olub ki, bir-birimizdən çox şey öyrənmişik. Azərdən daha çox mərhəmətli olmağı, təmkinli olmağı öyrəndim", – deyə Orucov bildirib.
Həmçinin, sənətçi efirə çıxarkən üzərində gülüş yaradan şəxslərin arxasında bəzən kədərli həyat hekayələrinin olduğunu vurğulayıb: "Həmişə efirə çıxıb insanların üzündə gülüş yaradan adamlar, tamaşaçı qarşısında aciz, kədərli məsələlərdən danışırıq. Bilmirəm, həyatdır. Amma düz etmədi".
Elşən Orucov, dostunun xatirəsini ürək ağrısı ilə anaraq, həyatın dərin mənalarını və dostluğun əhəmiyyətini bir daha vurğulayıb.