“Etiraf” klipinə 100 mindən çox xərc çəkdi

Xalq artisti Aygün Kazımova “Etiraf” klipinə 100 mindən çox pul xərcləyib. O, bu layihə üzərində uzun müddət çalışdığını bildirib.

“Etiraf” klipinə 100 mindən çox xərc çəkdi
Aygün Kazımova
reklam

Xalq artisti Aygün Kazımovanın həyatından bəhs edən “Etiraf” adlı musiqili əsərə xərclədiyi məbləğ ortaya çıxıb.

Milli.Az xəbər verir ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) “Tarixin bir günü” verilişində Kazımovanın klip üçün 100 min manatdan çox vəsait sərf etdiyini açıqlayıb.

Mövzu ilə bağlı danışan sənətçi layihənin uzun müddət üzərində çalışdığını və ssenarinin dörd dəfə dəyişdirildiyini bildirib:

“Neçə ildir bu layihə üzərində çalışıram. Dörd ildir bu orkestrin növbəsinə yazılmışdım. Düşündüm ki, hamı deyəcək nə gözəl klip, layihə. Amma insanların ağlaya-ağlaya mesaj yazacağını gözləmirdim. Ad günümdə təbriklərin 80 faizi göz yaşı ilə oldu. Hamı məni bu mahnının təsiri altında təbrik edirdi”, - deyə Kazımova qeyd edib.

Qeyd edək ki, “Etiraf”da Aygün Kazımova 38 illik musiqi karyerasının zirvəyə qalxma hekayəsini canlandırıb. Mahnının sözləri Nəriman Abbaszadə və İsmayıl Əsədova, musiqisi İsmayıl Əsədova məxsusdur. Klipin rejissorluğu məşhur türkiyəli Selim Akara həvalə edilib. Kazımova mahnını Nikoloz Raçveli və Gürcüstan Filarmoniya Orkestrının müşayiəti ilə ifa edib.

reklam
reklam