Fatma Mahmudova insultdan sonra ilk dəfə görüntüləndi

Xalq artisti Fatma Mahmudova insult keçirdikdən sonra ilk dəfə evində görüntülənib. Aparıcı Lalə Azərtaş aktrisanı ziyarət edərək onun səhhəti ilə maraqlanıb. Fatma Mahmudova veriliş zamanı səhhətinin yaxşılaşdığını bildirib və ona dəstək olan hər kəsə təşəkkür edib.

Fatma Mahmudova insultdan sonra ilk dəfə görüntüləndi
Fatma Mahmudova
reklam

Xalq artisti Fatma Mahmudova insult keçirdikdən sonra ilk dəfə evində görüntülənib. Aparıcı Lalə Azərtaş onu ziyarət edərək səhhəti ilə maraqlanıb. Bu görüş "Təsir dairəsi" verilişində yayımlanıb.

Fatma Mahmudova ona dəstək olanlara minnətdarlığını ifadə edib:
"Murad müəllimə, Xəzər TV-yə, sizə çox təşəkkür edirəm. Deməli, yaddan çıxmamışam. Bu, 3-cü həyatımdır yaşayıram. Bəlkə də 4-cüdür", - deyə o bildirib.

Qeyd edək ki, aktrisa bir müddət öncə insult keçirmişdi.