Ferdi Tayfurun vəfatından öncəki son arzusu ürəkləri sızlatdı

Mərhum sənətçi Ferdi Tayfurun ölüm yatağındakı son arzusu, ailəsi və pərəstişkarlarını dərindən sarsıtdı. Müğənninin yaxın dostu Kenan Çınar, Tayfurun küsülü olduğu qızı Tuğçe ilə barışmaq istədiyini açıqladı.

Ferdi Tayfurun vəfatından öncəki son arzusu ürəkləri sızlatdı
Ferdi Tayfur
reklam

Türkiyənin məşhur müğənnisi Ferdi Tayfurun ölüm yatağında son istəyinin nə olduğu məlum olub. Onun yaxın dostu Kenan Çınar, sənətçinin son anlarında küsülü olduğu qızı Tuğçe ilə barışmaq istədiyini açıqlayıb. Bu xəbər, Ferdi Tayfurun pərəstişkarları və ailəsini duyğulandırıb.

Tayfurun bu arzusunun, sənətçinin həyatında vacib bir yer tutan ailəvi münasibətlərə dair son bir ümid olduğu qeyd edilir. Xatırladaq ki, Ferdi Tayfur, 79 yaşında, yanvarın 2-də Antalya şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun geridə qalan mirası arasında bir çox daşınmaz əmlak və musiqi əsərləri var.

Ferdi Tayfur, "Çeşme", "Hatıran yeter", "Emmioğlu", "Bana sor" və "Ben de özledim" kimi hit mahnıları ilə tanınır və uzun illərdir musiqi dünyasında özünə böyük bir yer qazanıb.