Ferdi Tayfurun Vəsiyyəti
Ferdi Tayfurun vəfatından sonra sənətçinin son illərdə verdiyi müsahibələrdən biri açıqlanıb. O, mahnılarının müəllif hüquqları ilə bağlı düşündüklərini paylaşmış və həmin əsərlərin hamının ödəniş etmədən dinləməsi üçün açıq olduğunu bildirmişdi.
Türkiyəli müğənni Ferdi Tayfurun vəfatından sonra onun vəsiyyəti üzə çıxıb. Son illərdə verdiyi müsahibələrindən birində Tayfur, mahnılarının müəllif hüquqları ilə bağlı düşüncələrini açıqlamışdı. O, mahnılarını yazarkən məqsədinin xalqın dinləməsi və faydalanması olduğunu vurğulamış, həmçinin həyatındakı və ölümündən sonra da mahnıların hər kəsin ödəniş etmədən dinləyə bilməsi üçün açıq olacağını bildirmişdi.
Tayfur, bu fikirləri ilə öz mahnılarının mirasçılarının və ya ailəsinin deyil, yalnız xalqın istifadəsi üçün olduğunu qeyd edib. Müğənni ötən gün Antalya şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.