Gecə Klubunda Ölən Gənc Qız:Andrea Kuçukun Acı Talehi
Noyabrın 16-na keçən gecə Moldovada 17 yaşlı Andrea Kuçuk faciəli şəkildə həyatını itirib. O, məşhur müğənni İqor Kuçukun yeganə övladı idi. Andrea, oxuduğu musiqi kollecinin əyləncəsindən sonra yerli bir gecə klubunda rəqs edərkən qəfildən halı pisləşib və huşunu itirib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Moldovada yaşanan faciəvi hadisə ölkə ictimaiyyətini sarsıdıb. 17 yaşlı Andrea Kuçuk, atasının yolunu davam etdirərək musiqi sahəsində ilk addımlarını atırdı. Tədbir zamanı qəfildən halı pisləşən gənc qızın ölüm səbəbinin ürək dayanması olduğu bildirilib. Beş il əvvəl ürək əməliyyatı keçirmiş Andrea, atasının həm ifa ortağı, həm də ailəsinin yeganə ümid yeri idi. Hadisə ilə bağlı araşdırmalar davam edir. Bu acı hadisə, sağlamlıq problemlərinə qarşı daha çox diqqətin ayrılmasının vacibliyini bir daha xatırladır.