“Gündə iki qutu siqaret çəkirdim…”-FOTO

Məşhur Hollivud aktrisası Ancelina Coli keçmiş vərdişləri ilə bağlı etiraf edib. O, “Tomb Raider” filmi üçün hazırlıq zamanı gündə iki qutu siqaret çəkdiyini və çəkilişlərə görə bu vərdişindən imtina etdiyini bildirib.

“Gündə iki qutu siqaret çəkirdim…”-FOTO
Angelina Jolie
reklam

Amerikalı məşhur aktrisa Ancelina Coli keçmiş vərdişləri ilə bağlı səmimi etiraf edib. 50 yaşlı ulduz 2001-ci ildə çəkildiyi “Tomb Raider” filmində canlandırdığı “Lara Kroft” rolu üçün hazırlıq prosesindən danışıb.

O, filmin çəkilişlərinə başlamazdan əvvəl gündə iki qutu siqaret çəkdiyini bildirib:

"Etiraf edim ki, gündə iki qutu siqaret çəkirdim. Sağlamlığımı və həyatımı tamamilə dəyişdirməli oldum. Bacara bilməyəcəyimi düşündüyüm şeyləri edə biləcəyimi kəşf etdim."

Aktrisa qeyd edib ki, “Tomb Raider” üçün çox ağır məşq proqramına başlaması ona siqareti tərgitməyə kömək edib:

"Film üçün səhər, günorta və axşam məşqlər var idi. Bir müddət sonra istədiyim tək şey yaxşı yemək, su və yatmaq idi. Beləliklə sən dəyişirsən."

reklam
reklam