Həbs edilən Kerimcan Durmazın aylıq gəliri təəccübləndirdi

Türkiyədə sosial media fenomeni Kerimcan Durmaz, qanunsuz mərc oyunlarını təşviq etdiyi üçün həbs olunub. İstintaq zamanı o, aylıq gəlirini açıqlayıb və mərc saytlarının reklamını etdiyi iddialarını şərh edib.

Həbs edilən Kerimcan Durmazın aylıq gəliri təəccübləndirdi
Kerimcan Durmaz
reklam

Türkiyədə sosial media fenomeni Kerimcan Durmaz qanunsuz mərc oyunlarını təşviq etmə səbəbilə həbs edilib. İstintaq çərçivəsində aparılan araşdırmalarda, Durmazın sosial media hesabları vasitəsilə mərc saytlarını reklam etdiyi məlum olub.

İstanbul Sülh Cəza Məhkəməsində dindirilmə zamanı Durmaz, aylıq gəlirinin 500 min lirə olduğunu açıqlayıb. Həbs qərarının qaçmaq və gizlənmək ehtimalı nəzərə alınaraq verildiyi bildirilib.

Polis bölməsindəki ifadəsində, Durmaz qanunsuz mərc reklamı etdiyi məkanın Maltada olduğunu və bu fəaliyyətin məlumatlı olmadan baş verdiyini bildirib. O, təşkilatdan bu məqsədlə 10 min avro aldığını etiraf edib.

Durmaz, cinayət törətmədiyini və reklam etmədiyini iddia etsə də, istintaq hələ davam edir.