Hadisə yeni saçları ilə görənləri heyran etdi
Türkiyənin məşhur müğənnisi və aktrisası Hadisə yeni saç rəngi ilə sosial mediada gündəm yaradıb. Hadisə bu dəfə cəsarətli bir addım ataraq sarı saçlarını qırmızıya boyadıb.
Yeni görünüşü ilə diqqət çəkən müğənni pərəstişkarlarından tərif dolu rəylər alıb. Sosial media istifadəçiləri "Qırmızı saçları ilə daha da cazibədar görünür" kimi şərhlər yazaraq onun yeni stilini yüksək qiymətləndiriblər. Hadisənin bu dəyişimi onun "Esas Oğlan" serialında nümayiş etdirdiyi iddialı səhnələrdən sonra gəlir və pərəstişkarları arasında böyük maraq doğurub.