Haluk Bilginer ikinci dəfə "Emmy" mükafatına namizəd göstərildi-FOTO
Türkiyənin məşhur aktyoru Haluk Bilginer, ikinci dəfə beynəlxalq "Emmy" mükafatına namizəd göstərildi. Bu dəfə "Safir" serialı ilə "Ən yaxşı kişi aktyoru" kateqoriyasına daxil olan Bilginer, 2019-cu ildə "Şahsiyet" serialı ilə qazandığı mükafatı təkrarlamağa çalışacaq.
Türkiyəli məşhur aktyor Haluk Bilginer, ikinci dəfə "Emmy" mükafatına namizəd göstərildi. Bu dəfə "Safir" serialı ilə beynəlxalq "Emmy" mükafatının "Ən yaxşı kişi aktyoru" kateqoriyasında yarışacaq aktyor, 2019-cu ildə "Şahsiyet" serialında canlandırdığı "Agah Beyoğlu" obrazı ilə "Ən yaxşı kişi aktyoru" mükafatını qazandığı uğuru təkrarlamağa çalışacaq.
Mükafat mərasimi Nyu-Yorkda keçiriləcək və Haluk Bilginer tədbir çərçivəsində mətbuat konfransında iştirak edib.
Bundan əlavə, aktyor Ancelina Coli ilə birlikdə "Mariya" filmində rol alıb. Filmdə yunan biznesmeni Aristotel Onassis obrazını canlandıran Bilginer, dünyaca məşhur yunan soprano Mariya Kallasın Parisdəki həyatını təsvir edən bu layihə ilə də diqqət çəkib.