İbrahim Tatlısesə qarşı cinayət işi açıldı –FOTO

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin keçmiş meneceri Şule Yazar ona qarşı cinayət işi açdırıb. Yazar iddia edir ki, Tatlısəs ona təhdid, mobbinq və psixoloji zorakılıq tətbiq edib. Hazırda prokurorluq məsələ ilə bağlı araşdırma aparır.

İbrahim Tatlısesə qarşı cinayət işi açıldı –FOTO
İbrahim Tatlıses
reklam

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsə qarşı cinayət işi açılıb. Onun keçmiş meneceri Şule Yazar sənətçidən şikayətçi olub və İzmir Respublika Baş Prokurorluğuna müraciət edib.

Şule Yazarın sözlərinə görə, Tatlısəs onunla daim kobud şəkildə danışıb, onu təhdid edib və psixoloji zorakılıq göstərib. Keçmiş menecer xüsusilə hamiləlik dövründə ciddi təzyiqlərə məruz qaldığını iddia edir:

"Hamilə olduğum zamanlarda mənə qarşı çox əsəbi və kobud davranırdı, təhdid edirdi. Ola bilsin ki, bunları əsəbi halda deyirdi, amma bu təhdidlərin bir gün reallaşmayacağına heç kim zəmanət verə bilməz. Buna görə də vəkilimlə birlikdə sübutlarla məhkəməyə müraciət etdik."

Məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

reklam
reklam