İbrahim Tatlısəsin səhhətində narahatlıq: Yenidən müalicəyə başladı

Türk musiqisinin əfsanəsi İbrahim Tatlısəsin səhhətində ciddi problemlər yaşanır. Müğənni uzun müddətdir ki, keçmişdə başına gələn silahlı hücumun nəticələrini hiss etməkdədir.

İbrahim Tatlısəsin səhhətində narahatlıq: Yenidən müalicəyə başladı
İbrahim Tatlıses
reklam

2011-ci ilin martında silahlı hücuma məruz qalan və qismən iflic olan 72 yaşlı sənətçi, hal-hazırda yeriməkdə çətinlik çəkir. Bu səbəbdən o, fizioterapevtlə yenidən müalicəyə başlayıb. Tatlısəs sosial media hesabında etdiyi paylaşımda:
"Allah hər kəsə şəfa versin. Müəllimimlə yenidən seanslara başladıq, yeriyə biləcəyimə inanıram. Dualarınızı əsirgəməyin" - deyə, izləyicilərinə səslənib.Xatırladaq ki, 2011-ci ildə baş verən hadisədən sonra Tatlısəs uzun müddət müalicə alaraq sağalmağa çalışıb. Lakin hələ də bəzi fiziki məhdudiyyətlərlə mübarizə aparır.