III Çarlzın səhhəti pisləşib: İşləri Oğlu Uilyama təhvil verəcək?

Kral III Çarlzın xərçəngdən əziyyət çəkdiyi barədə məlumatlar bir ildən çoxdur ki, məlumdur. Son zamanlarda isə internetdə monarxın vəziyyətinin pisləşdiyi və işləri oğlu Uilyama təhvil verməyə hazırlaşdığı barədə şayiələr yayılıb

III Çarlzın səhhəti pisləşib: İşləri Oğlu Uilyama  təhvil verəcək?
III Çarlz, Uilyam
reklam

Kral III Çarlzın xərçəngdən əziyyət çəkdiyi artıq bir ildən çoxdur ki, ictimaiyyətə məlumdur. Lakin saray bu mövzu ilə bağlı geniş açıqlama verməyib. Son dövrlərdə internetdə monarxın mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi və bu xəstəliyin ölümcül olduğu barədə şayiələr yayıldı.

"Radar Online" xəbər verir ki, kralın vəziyyəti pisləşib və artıq işləri oğlu Uilyama təhvil verməyə hazırlaşır. Eyni zamanda, hökmdarın ən kiçik varisi Prens Harry-nin vəsiyyətdən çıxarılması tövsiyə olunub. "Kral dairələrində çoxları onun heç bir işə yaramadığını deyir," – deyə, insayderlər bildiriblər.

Uilyamın yaxın zamanlarda tacqoyma mərasimində iştirak etməsi və III Çarlzın zəifləmədən əvvəl təqaüdə çıxmağı planlaşdırdığı barədə xəbərlər artıq İngiltərədə geniş yayıldı.